12px13px15px17px
Tarix:11/06/13

Bu xəbər oyun sevənləri sevindirəcək

“Sony” şirkətinin icraçı direktoru Endryu Haus “Sony” şirkəti “PlayStation 4” yeni nəsil oyun platformasının qiymətini açıqlayıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, konsolun qiyməti 499 dollar və ya 499 avro təşkil edəcək. Oyun platforması 2013-cü ilin sonuna kimi satışa buraxılacaq. Qurğunun son dizaynı iyunun 10-da Los-Ancelesdə “Sony” şirkətinin “E3” sərgisində keçirdiyi mətbuat konfransında təqdim edilib.

Mətbuat konfransında “Sony” şirkətinin nümayəndələri bildiriblər ki, rəqabət aparan “Xbox One” konsolundan fərqli olaraq, “PS4” üçün oyunlar oyunçunun hesab yazısına bağlı olmayacaq və istifadəçilər azad şəkildə oyunları fiziki daşıyıcılarda dəyişə və sata biləcəklər.

“Sony” şirkətinin mətbuat konfransından bir neçə saat öncə “Microsoft” şirkəti tədbir keçirərək “Xbox One” oyununun qiymətini elan edib – ABŞ-da və Avropada konsol “PlayStation 4” qurğusundan müvafiq olaraq 100 dollar və ya avro bahadır. “Xbox One” satışa 2013-cü ilin sentyabr ayında, demək olar, “PS4”-lə eyni vaxtda çıxarılacaq.

Aynur Vəliyeva



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024