12px13px15px17px
Tarix:11/06/13

“Cisco”nun sərhədsiz şəbəkələr arxitekturu Azərbaycanın 50 təhsil ocağında tətbiq edilib

Yaxın gələcəkdə “Cisco”nun sərhədsiz şəbəkələr arxitekturu Azərbaycanın bütün təhsil olacaqlarında tətbiq ediləcək.

“ICTnews” xəbər xidmətinin “Cisco”nun rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu günə kimi arxitektur “Elektron məktəb” pilot layihəsi çərçivəsində tətbiq edilib və “Cisco Borderless Network” əsasında vahid təhsil platforması yaradılıb. Bu həll istənilən vaxt və istənilən yerdən və qurğudan tələb olunan məlumatlara təhlükəsiz və etibarlı çıxış təqdim edir, təhsil alanlar üçün təhsil almaq üçün eyni imkanlar yaradır, müəllimlər üçün isə ən yaxşı resurslardan və qabaqcıl təcrübədən birgə istifadə etmək və eyni zamanda təhsil ocaqlarından kənarda təhsil proqramlarını yaymaq imkanları açır.

Layihə “Azedunet” şirkəti tərəfindən «2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı” çərçivəsində həyata keçirilib, hansı ki, vahid korporativ təhsil şəbəkəsinin yaradılmasına, bu şəbəkəyə təhsil ocaqlarının qoşulmasına yönəldilib, həmçinin təhsil sisteminə İKT-nin tətbiqinə yönəldilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “Azedunet” şirkəti Azərbaycan təhsil şəbəkəsini yaradıb (AzEduNet) və dövlət proqramının reallaşdırıldığı 5 il ərzində bu şəbəkəyə “FiberOptic”, “xDSL”, “VSAT”, “3G” texnologiyaları vasitəsilə 1700 təhsil müəssisəsi qoşulub. Bundan başqa, “Azərbaycan təhsil şəbəkəsi” layihəsi “Cisco Networkers Awards 2010”-un finalçısı olub. “Cisco Borderless Network” tərkibinə marşrutlaşdırma, kommutasiya, mobilliyin təmin edilməsi, informasiya təhlükəsizliyi, və qlobal şəbəkələrdə əlavələrin işinin optimallaşdırılması sahəsində həllər daxildir.

Azərbaycanda vahid şəbəkə infrastrukturunun yaradılması sayəsində təhsil ocaqları ilə Məlumatların Emalı Mərkəzi arasında yüksək ötürmə imkanlarını təmin etmək olub. Məktəblərdə marşrutlaşdırma və kommutasiya “Cisco 2800/2900” vasitəsilə və “Cisco Catalyst 2960/3560/3750” kommutatorları ilə təmin edilir. Şəbəkənin məlumat təhlükəsizliyini “Cisco ASA 5500” qurğuları təmin edir.

Simsiz şəbəkə “Cisco WLC 2100/2500” kontrollerləri, “Cisco LAP 1040/1140” çıxış nöqtələri və “Linksys” simsiz marşrutizatorlar əsasında qurulub. Şəbəkədə “Cisco Unified Communications Manager”, “Cisco Unified Contact Center” və “Cisco 7900” İP-telefonlar vasitəsilə İP-telefoniya yaradılıb, “Cisco TelePresence (MCU, TMS, TCS, VCS)” və “Cisco QuickSet C20” və “C40” kodekləri və həlləri vasitəsilə videokonfrans rabitə sistemi yaradılıb.

Azərbaycan məktəblərində yaradılmış vahid təhsil platforması isə müəllimlərin, şagirdlərin və onların valideynlərinin birgə işi üçün geniş imkanlar açıb. Müəllimlər virtual sinif, elektron jurnal və elektron resurslarla idarəetmə proqramlarından və sistemlərindən istifadə edirlər. Valideynlər isə uşaqlarının dərslərdə müvəffəqiyyətlərini Azərbaycanın təhsil portalı vasitəsilə müşahidə edə bilirlər.

Aynur Vəliyeva



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024