12px13px15px17px
Tarix:11/06/13

“Apple” şirkəti əməliyyat sistemlərinin dizaynı və funksialarını dəyişdi

“Apple” şirkəti “OS X Mavericks” və “iOS 7” əməliyyat sistemlərini təqdim edib. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, məhsullar bu gün San-Fransiskoda başlanan kompüter texnologiyalarının tərtibatçılarının ənənəvi beynəlxalq konfransında “Worldwide Developers Conference” (WWDC) təqdim edilib.

Yeni “OS X” əməliyyat sistemində “Finder” axtarış paneli, “Calendar”, “Notification Center”, ”Safari” və "iCloud Keychain” funksiyaları yenilənib, hansı ki, parolları “bulud”da saxlamağa imkan verir. Həmçinin, “iCloud” üçün sənədləri birbaşa brauzerdə redaktə etməyə imkan verən tam yeni “iWork” məhsulu təqdim edilib. Yeni inqilabi “iOS 7”-nin mobil qurğular üçün dizaynı və funksionalı öncəki versiyalardan tamamilə seçilir.

San-Fransiskoda iyunun 10-dan 14-dək keçirilən konfransda 60 ölkədən kompüter texnologiyalarının tərtibatçıları iştirak edir. Tədbir çərçivəsində, “Apple” şirkətinin mühəndislərinin, təqdim edilmiş məhsullar üçün əlavələrin proqramlaşdırılmasında tərtibatçılara kömək etmək üçün, iştirak etdiyi 100-dək konfransın və seminarın keçirilməsi gözlənilir.

Aynur Vəliyeva



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024