12px13px15px17px
Tarix:12/06/13

2013-cü ilin sonunadək 6.3 milyon “Wi-Fi” giriş nöqtəsi quraşdırılacaq

"ABI Research" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə rabitə operatorları dünyada ümumilikdə 4,9 milyon "Wi-Fi" giriş nöqtələri yerləşdiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "3G" və "4G" mobil rabitə xidmətlərinin populyarlığının artmasına baxmayaraq, quraşdırılan "Wi-Fi" hot-spotların sayı artmağa davam edir. 2013-cü ilin sonunadək onun sayının 6,3 milyonu ötəcəyi güman edilir" – tədqiqat şirkətinin analitiki Kin Sandi Linn belə proqnoz verib.

Ekspertlər qeyd ediblər ki, "Wi-Fi" texnologiyası "3G" və "4G" mobil rabitəsi üçün əlavə olub. Smartfon, planşet və noutbuk sahiblərinin əksəriyyəti internetə "Wi-Fi" vasitəsilə qoşulurlar. Bir çox ictimai yerlərdə "Wi-Fi" ilə internetə giriş ödənişsiz olduğuna görə insanları cəlb edir.

Hesabatda, həmçinin qeyd edilir ki, dünyada mövcud "Wi-Fi" hot-spotlarının 88%-i Asiya-Sakit okean regionunda yerləşdirilib. Avropa dövlətlərində bu göstərici 8% təşkil edir. 3% göstəriciyə malik Şimali Amerika üçüncü olub.

Emil Hüseynov



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024