12px13px15px17px
Tarix:12/06/13

"Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması aidiyyəti qurumların diqqət mərkəzindədir"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Facebook" səhifəsində istifadəsilərin sualları cavablandırılıb. Mövzuya uyğun olaraq, suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul əməkdaşları tərəfindən cavab verilib.

Dövlət başçısına verilən suallar arasında mobil danışıq tariflərinin yüksək olması ilə bağlı məsələ də yer alıb. Belə sualların cavabında bildirilib ki, internet və mobil rabitə qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısında nəzərdə tutulmayıb və bilavasitə xidmət göstərənlər tərəfindən müəyyənləşdirilir:

"Mobil operatorların tarif siyasətində dəyişiklərin edilməsi və qiymətlərin aşağı salınması aidiyyəti qurumların diqqət mərkəzindədir və bu davamlı olaraq təmin edilir. Son vaxtlar mobil operatorların rouminq tarifləri orta hesabla 30% aşağı endirilib və bu proses davam etməkdədir. Hazırda respublikamızda fəaliyyət göstərən mobil operatorlar tərəfindən müxtəlif tarif paketləri tətbiq olunur. Bununla yanaşı, əgər istifadə etdiyiniz tarif paketi Sizi qane etmirsə, Sizin digər tarif paketlərindən və yaxud digər operatorların xidmətlərindən və onların müxtəlif tarif paketlərindən istifadə etmək hüququnuz var".

Səhifədə elan edilib ki, yaxın günlərdə yeni mövzu təyin ediləcək və sualların qəbulu elan olunacaq.



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024