12px13px15px17px
Tarix:13/06/13

İctimai nəqliyyatda kart sisteminin tətbiqi bu ay başa çatacaq

İctimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobuslarda kart sistemi tətbiq olunacaq. Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib ki, 200 mindən çox kart artıq hazırdır.

N.Həsənovun sözlərinə görə, ictimai nəqliyyatda kart sisteminin tətbiqi bu ay başa çatacaq. “Kartların sayı 500 minə çatdırıldıqdan sonra avtobusların kartlaşdırılması başa çatacaq. Kartlar “Bank of Azərbaycan”da hazırlanır. Yəni həmin kartlar bir bank məhsuludur.

Bir neçə bank da kart istehsal etmək üçün buna qoşulmaq istəyir”. Bu ayın sonuna qədər avtobusların kartlaşdırılması prosesinin başa çatmalı olduğunu deyən Nəqliyyat Nazirliyinin sözçüsü bildirib ki, ilk mərhələdə kartlaşdırma prosesi 500 avtobusu əhatə edəcək. Daha sonra isə digər avtobusları.

N.Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşdırma sisteminin gediş haqqına təsir etməyəcəyini bildirib.

RƏVAN



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024