12px13px15px17px
Tarix:14/06/13

Sentyabrdan Azərbaycanda “Emerald” elektron bazasına giriş mümkün olacaq

AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edən "Emerald Group" nəşriyyatının nümayəndələri - Türkiyə və Mərkəzi Asiya üzrə biznes-menecer Mine Tonta və Yaxın Şərq, Cənubi Afrika və Mərkəzi Asiya üzrə regional menecer Cordi Karalt ilə aparılan danışıqlar nəticəsində əldə olunmuş əməkdaşlıq razılaşmasına görə, bu ilin sentyabr ayından etibarən MEK haqqında məlumat verilən jurnalların tam mətninə internet vasitəsilə giriş hüququ əldə ediləcək.

AMEA elmi-tədqiqat institutlarının informasiya təminatının həyata keçirilməsi baxımından ciddi əhəmiyyət kəsb edən "Emerald" elektron bazasına girişin əldə olunması Mərkəzi Elmi Kitabxanada və digər kitabxanalarda çalışan kitabxanaçı kadrların da ixtisaslaşdırılmış məlumatlara əlyetərliyini təmin edəcək. Belə ki, "Emerald" elektron bazasında kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığın müasir problemlərinə həsr olunmuş, yüksək təsir əmsalına malik nüfuzlu jurnallar da yer alır.

"Emerald Group" nəşriyyatının nümayəndələri ilə əldə olunmuş digər bir razılaşmaya əsasən, bu ilin oktyabr ayında Mərkəzi Elmi Kitabxana ilə birlikdə kitabxanaların gələcək inkişaf tendensiyalarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli "Azərbaycan" qəzetində dərs olunan məqaləsində bildirib. MEK direktorunun sözlərinə görə, prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili prioritet istiqamət kimi müəyyənləşdirilib:

"Bu mənada, milli və beynəlxalq informasiya mühitinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan kitabxanalarının üzərinə bir sıra vəzifələr düşür. Mərkəzi Elmi Kitabxana respublikanın baş elmi kitabxanası kimi bu vəzifələrin yerinə yetirilməsi sahəsində qabaqcıl müəssisələrdən biri kimi əlaqələrini daim genişləndirir və yeni əməkdaşlıq imkanları qazanır. 1959-cu ildən müstəqil şəkildə beynəlxalq ədəbiyyat mübadiləsi aparmaq hüququ qazanmış Mərkəzi Elmi Kitabxana hazırda 70 ölkənin 1000-ə yaxın elm və təhsil müəssisəsi ilə ədəbiyyat və təcrübə mübadiləsini həyata keçirir.

Elmi tədqiqatların daha dolğun və effektli informasiya təminatını həyata keçirmək məqsədilə kitabxana xarici elmi indeksləşdirmə və məlumat bazaları, nəşriyyat və informasiya mərkəzləri ilə sıx əməkdaşlıq edir. Mərkəzi Elmi Kitabxananın əməkdaşlıq etdiyi təşkilatların sırasına Böyük Britaniyanın nüfuzlu "Emerald Group" nəşriyyatı da əlavə olunub". "Emerald Group" nəşriyyatı 1967-ci ildə Bredford Universitetinin (Böyük Britaniya) şöbəsi kimi yaradılıb. İlk vaxtlarda idarəetmə, marketinq və informatika sahəsində elmi və ixtisaslaşdırılmış ədəbiyyatın nəşrini həyata keçirən şöbə sonradan dünyada elmi jurnalların nəşri üzrə tanınmış böyük holdinqə çevrilib.

Hazırda "Emerald Group" nəşriyyatının eyniadlı elektron məlumat bazasında 300 elmi jurnalın tam mətni "PDF" və "HTML" formasında oxuculara təqdim olunur. Bu jurnallar kitabxanaşünaslıq, idarəetmə, marketinq, təhsil, mühəndislik, maliyyə və iqtisadiyyat, tibb, ekologiya, informatika, kibernetika və s. elm sahələrini əhatə edir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik