12px13px15px17px
Tarix:14/06/13

Azərbaycan “Statistikada kommunikasiya” mövzusunda Berlində keçirilmiş tədbirdə təmsil olunub

Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası tərəfindən Almaniya Federativ Respublikasının Berlin şəhərində “Statistikada kommunikasiya”ya dair işçi sessiyası təşkil edilib.

“ICTnews” elektron xəbər xidmətinin Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sözügedən tədbirdə ölkəmizi komitənin informasiya texnologiyaları şöbəsinin sektor müdiri Vüqar Məmmədəlizadə təmsil edib. İşçi sessiyanın keçirilməsində əsas məqsəd statistikada kommunikasiya və məlumatların yayılması, istifadəçilərlə iş, loqistika sahəsində ölkələrin yaxşı təcrübələrinin öyrənilməsi, mübadiləsi və digər ölkələrə tövsiyə edilməsindən ibarət olub.

İşçi sessiyada 37 ölkənin statistika qurumlarından, eləcə də Avrostatın, BMT Statistika şöbəsinin, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Avropa Mərkəzi Bankının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT‐nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (YUNESKO) nümayəndələri iştirak ediblər.

Ümumilikdə 3 gün davam edən tədbir 5 sessiyaya bölünüb və çap nəşrlərdən elektron nəşrlərə keçid, kommunikasiyada dəyişikliklər, istifadəçi tələbatlarının başa düşülməsi və ödənilməsi, kommunikasiya metodologiyasında ən yaxşı təcrübələr və kommunikasiya üçün gələcək ideyalar haqqında mövzular üzrə qruplaşdırılıb.

CAHANGİR



Baxış sayı: 473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020