12px13px15px17px
Tarix:15/06/13

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsində istifadəçilərin sayı sürətlə artır

"Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi (" www.facebook.com/egov.az) fəaliyyətini genişləndirməkdə davam edir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda səhifə istifadəçilərin sayı artıq 50 mini ötüb.

Sözügedən "Facebook" səhifəsi ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşlarımızı maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.

Qeyd edək ki, "Elektron Hökumət" Portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar. Səhifəyə ünvanlanan suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürülən təklif və rəylər mütəmadi olaraq nəzərə alınır.

CAHANGİR



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024