12px13px15px17px
Tarix:15/06/13

"Google" yeniliklər təqdim etməyə davam edir

"Google" şirkətinin mühəndisləri "Project Loon" layihəsi (aerostatlar vasitəsilə internetə çıxış imkanının yaradılması) çərçivəsində Yeni Zelandiyada ilk sınaqlara başlayıblar. Kraystçerç şəhərinin yaxınlığında helium ilə doldurulmuş 30 hava şarı havaya buraxılıb.

Birinci mərhələdə Yeni Zelandiyanın Kraystçerç şəhərinin müxtəlif rayonlarından sınaq üçün seçilmiş 50-dən çox iştirakçı uğurla internetə qoşulmağa müvəffəq olublar. Sınayıcıların evlərində quraşdırılmış xüsusi antennalar aerostatlardan gələn siqnalı "3G" texnologiyası üzrə qəbul edib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Google" rəsmiləri hesab edirlər ki, yeni texnologiya hər şeydən əvvəl təbii fəlakətlərdən zərər çəkmiş rayonlarda tətbiq edilə bilər. Lakin "Project Loon" layihəsinin strateji məqsədi inkişaf etməkdə olan bazarlara malik dövlət və regionlarda internetə simsiz çıxış imkanını təmin etməkdir.

"Google"un mühəndisləri deyiblər ki, onların aerostatları 100 günə müddətində havada qala bilər.

Emil Hüseynov



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024