12px13px15px17px
Tarix:18/06/13

Bakıda dünya azərbaycanlılarının onlayn forumu keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən xaricdə yaşayan azərbaycanlılarla birgə onlayn forum keçiriləcək.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, xarici ölkələrdə yaşayan soydaşlarımıza informasiya dəstəyi üzrə tədbirlər görülür və bu istiqamətdə yeni ideyalar tətbiq olunur. O da vurğulanıb ki, bu istiqamətdə işlərin aparılması 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq edilən tədbirlər planına daxildir.

Şöbədən qeyd olunub ki, sözügedən plana uyğun olaraq dünyada yaşayan azərbaycanlılarla onlayn əlaqələr qurulur və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə addımlar atılır. Onlayn forumun bu il keçirilməsi planlaşdırılır: «Hazırda forumun dəqiq vaxtı müəyyənləşməsə də, hesab olunur ki, ola bilsin «Bakutell-2013» tədbiri çərçivəsində baş tutsun».

SEYMUR



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024