12px13px15px17px
Tarix:18/06/13

Smartfonlar bədən hərarəti ilə enerji toplayacaq

“Vodafone” şirkəti mobil qurğuların enerji ilə doldurulması üçün “Power Pocket” adlanan qeyri-adi texnologiyanın prototipini təqdim etməyə hazırlaşır.

“Zeebeka” effektindən istifadə edən cihaz insan bədəni və ətraf mühit arasındakı temperatur fərqi hesabına elektrik yaradır. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkət artıq generatoru “Recharge” adlanan yataq torbasına və “Power shorts” adlı cins şortlarına quraşdırıb.

Sözügedən həll termoelektrik texnologiyaları sahəsində aparılmış onillik tədqiqatların kulminasiya nöqtəsidir. İstehsalçılar qeyd ediblər ki, “Recharge” yataq torbasında 8 saatlıq yuxu danışıq rejimində orta hesabla 24 dəqiqə və ya gözləmə rejimində təxminən 11 saat iş təmin edəcək (hərçənd ki, hər şey müxtəlif aparatların enerji istehlakı səviyyəsindən asılıdır).

Hazırda enerji yaradan material – bu, yalnız prototipdir. İstehsalçılar onun effektivliyi və möhkəmliyinin təkmilləşdirilməsi üçün xeyli iş görməlidirlər.

Bununla belə “Vodafone” şirkəti əmindir ki, yaxın onillikdə geyimlərə quraşdırılmış enerji modulları geniş yayılacaq.

Emil Hüseynov



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024