12px13px15px17px
Tarix:19/06/13

“Ağıllı” kabinələr və yeni texnologiyalar ilə təchiz edilmiş yeni hava gəmiləri təqdim ediləcək

"British Airways" şirkəti öz təyyarə parkına ağıllı" kabinələr və yeni texnologiyalar ilə təchiz edilmiş "Airbus A380" və "Boeing 787" modellərini daxil edən ilk Avropa aviaşirkəti olacaq.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, aviaşirkət iyunun 26 və 27-də Böyük Britaniyaya ilk iki "Boeing 787", iyulun 4- də isə "Airbus A380" modellərini gətirəcək. Yeni təyyarələr "British Airways"in yeni hava gəmilərinin, "ağıllı" kabinələrin, möhtəşəm salonların və yeni texnologiyaların yaradılmasına yatırılan 5 milyard dollarlıq sərmayə üzrə ümumi proqramın bir hissəsidir.

Təyyarələr gətirildikdən dərhal sonra "İstismara verilmə" kompleks proqramı işə salınacaq. Proqram çərçivəsində pilot və ekipaj üzvləri Kentdə yerləşən "Menston" hava limanında, müştəri xidməti təlim nümayəndələri isə "Heathrow" hava limanında treninqlər keçəcək.

Bundan əlavə, Böyük Britaniyanın ərazisi də daxil olmaqla hər iki təyyarə qısa müddətli uçuşlar həyata keçirəcək. "A380" təyyarəsinin Los Anceles marşrutu üzrə biletləri 15 oktyabr, "Hong Kong" marşrutu üzrə isə 15 noyabr tarixlərindən satışa buraxılacaq.

Lakin, uçuş tarixi hələ məlum omadığından, şirkət ilk uzun məsafəli uçuşa bilet almaq arzulayanlara gözləməyi xahiş edir. "Boeing 787"in ilkin istiqaməti və bilet satışının vaxtı hələ məlum deyil.

Aynur Vəliyeva



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024