12px13px15px17px
Tarix:06/08/11

"Elektron demokratiya" layihəsinin təqdimatı keçiriləcək

İrəli İctimai Birliyinin tərəfdaşlığı ilə Təhsil, Rifah və İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən elektron demokratiya layihəsinin www.e-democracy.info.az saytının təqdimatı keçiriləcək.
Təqdimat mərasimindən öncə dəyirmi masa təşkil ediləcək. Dəyirmi masada QHT üzvləri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçiləri, AR Mərkəzi Seçki komissiyası və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən mütəxəssislər və layihə icraçılarının iştirakı gözlənilir. Dəyirmi masada Elektron demokratiya üzrə dünya təcrübəsi və Azərbaycan perspektivləri müzakirə olunacaq.



Baxış sayı: 1313

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024