12px13px15px17px
Tarix:19/06/13

“HTC” şirkəti “ultrapikselli” smartfon təqdim edib

"HTC" şirkəti "Full HD" təsvir ölçülü 5 düymlük ekran və ultrapiksellik fotokamera ilə təchiz edilmiş "Butterfly S" smartfonunu təqdim edib. Aparat 1,9 QHs takt tezlikli dördnüvəli "Snapdragon 600" prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, "microSD" üçün slot və 3200 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, smartfon "NFC", "GPS" və "GLONASS"-ı dəstəkləyir, "Bluetooth 4.0" və "Wi-Fi" modulları ilə təchiz edilib. Həmçinin aparatın məsafədən idarəetmə pultu qismində istifadəsi üçün İR ötürücü aparat var.

Sözügedən cihaz "UltraPixel" texnologiyası ilə təchiz edilmiş 2,1 meqapiksellik ön kamera və 4 meqapiksellik əsas kameraya malikdir. Cihaza "HTC Sense 5" firma interfeysli "Android Jelly Bean" əməliyyat sistemi quraşdırılıb.

"Butterfly S" smartfonunun ölçüləri 144,5×70,5×10,6 millimetr, çəkisi 160 qram təşkil edir. "HTC Butterfly S" smartfonu Asiya-Sakit okean regionunun bir sıra ölkələrində təxminən 770 dollara satılacaq.

Emil Hüseynov



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024