12px13px15px17px
Tarix:19/06/13

Yeni “Mac” üçün “Kaspersky Internet Security” proqramı

"Kasperski Laboratoriyası" yeni "Mac" platforması üzərində yaradılmış kompüter sahibləri üçün "Kaspersky Internet Security" proqramını buraxıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, məhsulda, bu platforma üçün bütün növ təhdidlərdən qorunmanı təmin edən yeni texnologiyalar istifadə edilib. Şirkətdə bildirirlər ki, "Mac" üçün "Kaspersky Internet Security"dən prosessorun resurslarının 1%-dən azı istifadə olunur, təkmilləşdirilmiş interfeys və "Retina" displeylərinin dəstəklənməsi isə proqramla işi rahatlaşdırır.

"Kasperski Laboratoriyası"nın məlumat bazalarına 2012-ci ildə əlavə edilmiş ziyanverici proqram təminatlarının "OS X" üzrə siqnaturlarının sayı 30% artıb: "FavDonw", "MacLocker", "Defma", "ZeoBit MacKeeper", "Backdoor.OSX.MaControl.b" heç də ziyanverici proqram təminatlarının tam siyahısı deyil və antivirus ekspertlərinin rəyinə əsasən onların sayı getdikcə artacaq", - deyə şirkətdə bildiriblər.

Klassik "siqnatur" qoruma ilə yanaşı, yeni məhsulda, sistemdə davranışına görə hətta yeni və az tanınan ziyanverici proqramları müəyyən edə bilən evristik texnologiyalar tətbiq edilib. "Kaspersky Internet Security"də istifadə edilən "Mac" üçün nəzərdə tutulmuş fişinq əleyhinə texnologiyalar fişinq və fırıldaqçılıq ilə mübarizə aparmağa imkan verir. İstənilən veb-səhifə yüklənmədən öncə mühafizə məhsulu fişinq səhifələrinin yenilənən siyahısına uyğun şəkildə onun statusunu yoxlayır və eyni zamanda onu qoşma ziyanverici kodun mövcudluğunu yoxlayır.

İstifadəçi istinada keçmədən onun ziyanverici olub-olmadığını öyrənə bilər: "İstinadların yoxlanması modulu"servisi saytın etibarlılığı haqda məlumatı xüsusi indikator vasitəsilə bildirir. Kibertəhdidlərdən keyfiyyətli qorunmanın təmin edilmənin daha bir şərti saytlara daxil edilən məlumatların qorunmasıdır. "Virtual klaviatura" "Mouse" və ekran klaviaturasının köməyi ilə vacib məlumatları verir (login, parol və digər şəxsi məlumatlar), sadə klaviaturada yığılan simvolları hesablamaqla keyloqqer- proqramları vasitəsilə məlumatların oğurlanmasını istisna edərək daxil etməyə imkan verir. "Mac" üçün "Kaspersky Internet Security" proqramı "Valideyn nəzarəti" texnologiyası vasitəsilə uşağın, böyüklərin kontentindən, təhlükəsizliyini təmin etməyə və uşaqların internetdə və ümumiyyətlə, kompüter qarşısında vaxt keçirmələrini müntəzəm şəkildə nizamlamağa imkan verir.

Valideynlər uşaqların internetdən istifadə etməyi üçün, vaxt məhdudiyyətini və onlara uyğun sayt çeşidini müəyyən edə biləcəklər, sosial şəbəkələrdə onların yazışmalarını və arzuedilməz kontentin yüklənməsini nəzarətdə saxlaya biləcəklər.


Aynur Vəliyeva



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020