12px13px15px17px
Tarix:20/06/13

“Microsoft” korporasiyası “Citadel” botnetinin işini bloklayıb

"Röyters" agentliyinin yaydığı məlumata əsasən, "Microsoft" korporasiyası bildirib ki, o, FTB ilə birgə "Citadel" adlı ən böyük botnetin işini bloklamağa müvəffəq olub.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Microsoft" və FTB-nin əməkdaşlarına 80-dən çox dövlət tərəfindən kömək edilib. Birgə səy sayəsində "Citadel" botnetinə daxil olan 1400 kompüter şəbəkəsindən əksəriyyətinin işi bloklanıb. Botnetin tərkibinə ümumilikdə təxminən 2 milyon kompüter daxil olub.

Ən çox kompüter ABŞ, Avropa və Honkonqda qeydə alınıb. Kompüterləri yoluxdurmuş və istifadəçidən xəbərsiz onları istismar edən zərərli proqram təminatının yayılması üçün "Windows" əməliyyat sisteminin pirat surətlərindən istifadə olunub.

Daha sonra zərərli proqram təminatı antivirus proqramlarını bloklayaraq özünün aşkar edilməsi prosesini çətinləşdirib. Cinayətkarlar "Citadel" botnetini maliyyə müəssisələrindən pul vasitələrinin oğurlanması üçün istifadə edib. Onun "qurban"ları həm kiçik kredit ittifaqları, həm də dünyanın tanınmış bank müəssisələri (məsələn, Bank of America, Credit Suisse, HSBC və Royal Bank of Canada) olublar.

Emil Hüseynov



Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024