12px13px15px17px
Tarix:20/06/13

“LG” şirkəti 2013-cü ilin sonunadək elastik ekranların kütləvi istehsalına başlayacaq

“Korea Times” nəşri “LG” şirkətinin nümayəndələrinə istinadən yazır ki, Koreya şirkəti 2013-cü ilin dördüncü rübündə elastik ekranların kütləvi istehsalına başlamaq niyyətindədir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ehtimal ki, elastik ekranlarla təchiz edilmiş ilk smartfonlar ya cari ilin sonunadək, ya da gələn ilin əvvəlində işıq üzü görəcək.

"LG Display ilk elastik ekranların işlənib hazırlanmasını başa çatdırıb. Biz artıq nümunələri müştərilərimizə, həmçinin “LG Electronics”-ə göndərmişik" – mənbə deyib. O deyib ki, sifarişçilər arasında böyük istehsalçılar var, lakin onların adlarını açıqlamayıb.

Onun sözlərinə görə, “LG Display” hər ay 12 min elastik ekran vərəqi istehsal etmək niyyətindədir.

Xatırladaq ki, “Samsung” şirkəti də elastik ekranların hazırlanması ilə məşğul olur, lakin o, bəzi texniki problemlərlə üzləşib.

Emil Hüseynov



Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024