12px13px15px17px
Tarix:20/06/13

Elektron dövlət satınalmaları sistemi yaradılır

Hazırda dövlət satınalmalarının təkmilləşdirilməsinin başlıca istiqaməti kimi elektron dövlət satınalmaları sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir. Bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İsgəndər Çəndirli bildirib.

Onun sözlərinə görə, agentlik elektron dövlət satınalmalarının tətbiqini ardıcıl 4 mərhələdə: tender elanlarının vahid veb-portalda dərc olunmasının təmin edilməsi, şərtlər toplusunun elektron formatda rəsmi internet səhifəsindən əldə olunması, tender təkliflərinin elektron formatda təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilməsini nəzərdə tutub.

Agentliyin direktoru qeyd edib ki, agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırıb:

“Hazırda elektron dövlət satınalmalarının növbəti mərhələlərinin reallaşdırılması üçün təşkilati və hüquqi sahələrdə müvafiq tədbirlər görülməkdədir”.

RƏVAN



Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024