12px13px15px17px
Tarix:20/06/13

Naxçıvan Muxtar Respublikasında artıq kommunal xidmətləri “GoldenPay” şirkətinin ödəniş sistemi vasitəsilə həyata keçirmək olacaq

“GoldenPay” şirkəti Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ilkin danışıqlara başlayıb.

Şirkətin rəhbəri Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, danışıqların əsas mövzusu Naxçıvanda kommunal ödənişlərin “GoldenPay” şirkətinin ödəniş sistemi vasitəsilə təşkilidir.

“Danışıqlar çərçivəsində ilk növbədə bizim ödəniş sistemi vasitəsilə “Azeriqaz”, “Azersu” və “Azerenerji”nin xidmətlərinin ödənişinin qəbulunun təşkil edilməsidir”,- deyə o bildirib. Hazırda “www.hesab.az” portalının istifadəçilərinin sayı 62 min 101 nəfər təşkil edir.

Aynur Vəliyeva



Baxış sayı: 898

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024