12px13px15px17px
Tarix:20/06/13

“Facebook” istifadəçilərinə şərhlərə təsvir əlavə etməyə icazə verib

“Facebook” sosial şəbəkəsi istifadəçilərinə yazılarına təsvirləri əlavə etməyi icazə verib. “ICTnews” xəbər xidmətinin “The Next Web”ə istinadən verdiyi məlumata əsasən, bəzi istifadəçilərin şərhlər sütununun sağ tərəfində fotoaparat şəkli əmələ gəlib.

Bu şəkli aktivləşdirərək şərhlərə .jpg və .png. formatında şəkillər əlavə etmək olar. “Facebook” nümayəndələri yeni funksiyanın tətbiq edildiyini təsdiqləyiblər. Onlar qeyd ediblər ki, öncə təsvirləri şərhlərə əlavə etmək funksiyası sosial şəbəkənin veb-versiyasında təqdim ediləcək, sonra isə mobil. Artıq istifadəçilər şərhlərə əlavə etmək istədikləri təsvirlərə birbaşa istinad qoymaq məcburiyyətində deyillər. Bu, “Facebook”un şərhlərində ilk funksionalın yenilənməsi deyil.

Belə ki, 2012-ci ilin iyun ayında sosial şəbəkə şərhləri redaktə etməyə icazə verib, oktyabrda, istənilən emosiyanı izah edən balaca təsvirləri -smaylikləri təqdim edib. Bu ilin mart ayında istifadəçilər konkret şərhə cavab vermək imkanı və ayrıca müzakirə qolu yaratmaq imkanı əldə ediblər.

“Facebook” şərhlərə təsvirləri əlavə etməyə imkan verən ilk məşhur sosial şəbəkə deyil. Analoji funksiya “VKontakte” sosial şəbəkəsində 2012-ci ilin noyabr ayından mövcuddur. Rusiyanın sosial şəbəkəsi şəkillərlə yanaşı, animasiyalı .gif-fayllar, video və audio əlavə etməyə imkan verir.

Aynur Vəliyeva



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024