12px13px15px17px
Tarix:21/06/13

İlk qol smartfonu təqdim edilib

Son ildə "ağıllı" saat konsepsiyası bazarda böyük səs-küy yaradıb. “Samsung”, “Apple”, “Google” və “Microsoft” kimi nəhənglər sözügedən istiqamətdə öz həllərini hazırlayırlar. Bununla belə yeni “Androidly” cihazı öz rəqiblərindən fərqlənir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Androidly” mobil modula malik qurğudur. Beləliklə, bu, qola taxıla biləcək ilk smartfondur. “Androidly” ilə zəng etmək, foto çəkmək, naviqasiyadan istifadə etmək və sair mümkündür. Aparata danışmaq üçün mikrofon və dinamika quraşdırılıb, həmçinin “Bluetooth”-dan istifadə etmək olar.

Daxili “Wi-Fi” modulu sayəsində internetə qoşulmaq mümkündür. “Androidly” cihazına “Google Play” onlayn mağazasından tətbiqlər quraşdırmaq olar. İlkin sifariş üzrə qurğunun qiyməti 230-270 dollar arasındadır. Cihazın çəkisi 160 qramdır, “Android - 2.2” mobil əməliyyat sistemi ilə işləyir, 416 MHs takt tezlikli prosessora və 256 MB əməli yaddaşa, 8QB daxili yaddaşa malikdir.

Daxili yaddaşı “MicroSD” kartı vasitəsilə artırmaq mümkündür. Cihazda, həmçinin 2 meqapiksellik kamera, akselerometr, “GSM” və “GPS” modulları var. 2 düymlük sensor ekranın təsvir ölçüsü 320x240 piksel təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024