12px13px15px17px
Tarix:21/06/13

Azərbaycan Avropa Şurasının keçirdiyi onlayn kampaniyaya qoşulur

Avropa Şurası tərəfindən 20 iyun-Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq "No Hate Speech" (Nifrət Nitqinə Yox) beynəlxalq kampaniyası çərçivəsində onlayn kampaniya təşkil olunur.

"ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, Azərbaycandan da bu kampaniyaya qoşulacaqlar. Belə ki, "No Hate Speech" kampaniyasına Azərbaycan üzrə milli əlaqələndirici, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dəstək göstərib. Kampaniyanın əsas məqsədi qaçqın və məcburi köçkün qruplarına aid olan insanlara qarşı anlayışlı yanaşmanı təbliğ etmək, onların ictimai həyatdan təcrid edilməməsini və qərəzliliyə yol verilməməsini təmin etməkdir.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20% torpaqları işğal altına düşüb və nəticədə 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün düşərək öz torpaqlarından didərgin olublar.

Bu faktın dünya ictimaiyyətinin daimi nəzərində olması, onların hüquqlarının bərpa olunması üçün vacibdir. Azərbaycan gənclərinin qlobal onlayn kampaniyaya qoşulması məhz bu məsələni nəzərə alaraq vacibdir. Onlayn kampaniyada iştirak hər kəs üçün açıqdır.

Hər bir gənc " www.nohatespeechmovement.org " portalına daxil olaraq qaçqın və məcburi köçkünlərə dəstəyi, həmrəyliyi və onların gündəlik həyatını əks etdirən fotoşəkillər və videoçarxları paylaşa bilər. SEYMUR



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024