12px13px15px17px
Tarix:22/06/13

"Instagram"ın aktiv auditoriyası 130 milyonu ötüb

"Instagram" internet xidmətinin aktiv aylıq auditoriyası 130 milyon istifadəçiyə çatıb. Bu rekorda nail olmaq üçün şirkətə 3 il vaxt lazım olub.

Xidmətin rəsmi bloqunda dərc edilmiş yazıya görə, "Instagram"ın serverlərində dərc edilmiş fotoların sayı 16 milyard olub. Xidmətin istifadəçiləri ümumilikdə təxminən 1 milyard "layk" ediblər.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin yanvarında elan edilmiş statistikaya əsasən, hər gün təxminən 40 milyon foto yüklənir, istifadəçilər hər saniyə 1000 şərh yazırlar və fotolar 8500 dəfə bəyənilir.

Bir neçə ay əvvəl "Instagram" dostlarının fotolentinə brauzerdən baxmağa imkan verən veb-versiyanı istifadəyə verib. Qeyd edək ki, fotoların emalı və dərc edilməsi yalnız mobil qurğulardan əlçatandır.
İki gün əvvəl isə "Instagram" xidmətinə 15 saniyəlik videoçarxlar yerləşdirmək mümkün olub.

Emil Hüseynov
 



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024