12px13px15px17px
Tarix:22/06/13

Elm və texnika sahəsində bacarıqlıları üzə çıxaracaq “İstedadların hazırlığı laboratoriyası”nda 2000 nəfərdən çox gənc qeydiyyatdan keçib

Yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılması məqsədi daşıyan "İstedadların hazırlığı laboratoriyası" layihəsinə 2000 nəfərdən çox gənc qeydiyyatdan keçib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə olimpiadanın Təşkilat Komitəsindən (TK) məlumat verilib. TK-dən bildirilib ki, TK-dən bildirilib ki, layihə çərçivəsində üçüncü fənn onlayn olimpiada turu mayın 19-da keçirilib: "Layihənin üçüncü onlayn fənn turunda olimpiada iştiralçılarına fizika, kimya və riyaziyyat fənlərindən suallar təqdim olunub.

Olimpiada turu zamanı 7-10 bal toplamış şagirdlər 24 nəfər olmaqla, daha çox Bakı, Astara, Xaçmaz, Lənkəran və. s rayonlarının gəncləri olublar. Komitədən vurğulanıb ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi üzrə final fənn olimpiadası əyani olaraq Bakı şəhərində keçiriləcək. Final olimpidasına qatılacaq iştirakçıların siyahısı http://istedad.az saytının "Fəxri otaq" bölməsində yerləşdiriləcək və bu iştirakçıların e-mail ünvanlarına rəsmi dəvət məktubu göndəriləcək.


Qeyd edək ki, olimpiada "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, "İstedadların hazırlığı laboratoriyası"nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Layihədə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin də üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024