12px13px15px17px
Tarix:24/06/13

Kompüter, planşet və telefon tədarüklərinin həcmi 2,35 milyard təşkil edəcək

"Gartner" analitiklərinin proqnozuna əsasən, 2013-cü ildə ümumilikdə 2,35 milyard fərdi kompüter (FK), planşet və mobil telefon istehsal ediləcək. Ötən illə müqayisədə tədarük həcmi 5,9% artacaq. Analitiklərin sözlərinə görə, smartfon, planşetlər və ultrabuk həllər əsas artım drayveri olacaqlar.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu il noutbuk və masaüstü kompüter istehsalçılarının 305 milyon qurğu tədarük edəcəyi gözlənilir, bu da ötən ilin göstəricisindən 10.6% azdır. Əgər bura ultramobil məhsulları da əlavə etsək, o zaman azalma 7,3%-ə bərabər olacaq.
Planşetlərin tədarük həcmi 2012-ci illə müqayisədə 67.9% artaraq 202 milyon olacaq. Mobil telefonların tədarük həcmi 4,3%, artaraq 1,8 milyard təşkil edəcək.

Elektronika bazarında "Android" lider platforma olaraq qalacaq: onun əsasında bu il istehsal edilmiş 867 milyon qurğu işləyəcək. 339 milyon yeni fərdi kompüter, planşet və mobil telefon "Windows" əməliyyat sistemi ilə işləyəcək. "iOS" və "Mac OS" əməliyyat sistemləri ilə işləyən cihaz və FK sayının 296 milyon olacağı gözlənilir.

Emil Hüseynov



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024