12px13px15px17px
Tarix:25/06/13

Xarici vətəndaşların azərbaycanlı uşaqları övladlığa götürməsi ilə bağlı elektron xidmət istifadəyə verildi

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azərbaycanlı uşaqları övladlığa götürmək istəyən xarici vətəndaşlar üçün nəzərdə tutulmuş yeni elektron xidmət təqdim edib.
 Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmət artıq komitənin rəsmi saytında təqdim edilib.

Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu xidməti çərçivəsində rəsmi saytımızda elektron müraciət forması təqdim edilib və bu formanı dolduraraq xarici vətəndaşlar azərbaycanlı uşaqları övladlığa götürmək üçün müraciət edə bilərlər. Yaxın bir həftə ərzində isə ikinci yeni elektron xidmətin aktivləşdirilməsi   nəzərdə tutulub. Bu, ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi xidmətidir. Bu xidmət çərçivəsində elektron formada sənədlərin qəbulu ilə yanaşı, vətəndaşların kağız formada sənədlərinin təqdim edilməsi də mütləqdir”, - deyə  komitədə bildiriblər.

Komitədən verilən məlumata əsasən, artıq ölkədaxili övladlığa götürmə ilə bağlı elektron xidmətin reqlamenti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiq edilib.

Qeyd edək ki, komitənin saytı üzərində hazırda yenilənmə işləri aparılır və dizaynla yanaşı, saytın funksionalı və tərkibi də yenilənir.

Aynur Vəliyeva
 



Baxış sayı: 828

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024