12px13px15px17px
Tarix:25/06/13

İyulun 1-dən etibarən Azərbaycanda hərbi xidmətlə bağlı məlumatları internet vasitəsilə əldə etmək mümkün olacaq

Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iyulun 1-dən etibarən rəsmi saytında hərbi xidmətə çağırılanlar haqda məlumatın verilməsi üzrə elektron xidmət təqdim edəcək.
Dövlət xidmətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bu xidmət artıq test rejimində rəsmi saytda təqdim edilir.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında hazırda "elektron müraciət" və "sual-cavab" bölümləri ictimaiyyətə istifadə üçün açıqdır, "hərbi xidmət yeri" bölümündən isə vətəndaşlar 2013-cü ilin  iyul çağırışından başlayaraq hər çağırış vaxtı istifadə edə biləcəklər”,- deyə Dövlət Xidmətindən bildiriblər.

Bununla yanaşı, cinsi kişi abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun
olmasının elektron formada təsdiqlənməsi istiqamətində Xidmət tərəfindən işlər aparılır, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemi hazırlanmaqla öz həllini tapacaq.

Bu ilin sonunadək Xidmət tərəfindən informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı istiqamətində görülmüş işlər barədə ictimaiyyətə məlumat veriləcək.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 1129

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024