12px13px15px17px
Tarix:25/06/13

Dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarına İT sahəsinə aid 15 sual daxil edilib


“İKT-nin dövlət idarəedilməsində, “elektron hökumət”in və “informasiya cəmiyyəti”nin təşəkkül tapmasında önəmini nəzərə alan komissiya dövlət qulluğuna kompüter və əsas ofis proqramlarını bilən, habelə internetlə işləmək bacarığı olan vətəndaşların qəbulunda maraqlıdır. Buna görə də komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında 15 sualı məhz  İT sahəsinə aid edib”.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

O, həmçinin bildirib ki,  komissiyanın göstərdiyi elektron xidmətlər sırasında dövlət qulluğuna qəbul edilmək üçün e-qeydiyyatı xüsusi vurğulamaq lazımdır. Belə ki, vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində komissiyaya elektron və ya kağız daşıyıcılar vasitəsilə müraciət göndərə bilərlər. Keçirilən son müsabiqələr göstərir ki, vətəndaşlar daha çox müraciətin elektron formasına üstünlük verirlər. Bu, namizədlərin əlavə vaxt itkisinin və əlavə xərclərinin qarşısını almaqla yanaşı, komissiyanın da işini yüngülləşdirmişdir.

Komissiya sədri əlavə edib ki, bundan başqa hazırda komissiya müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi, Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu kimi e-xidmətləri də göstərir. Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi, dövlət qulluğu stajı kalkulyatoru və onlayn sınaq test imtahanlarının keçirilməsi üzrə e-xidmətlərin göstərilməsi üçün hazırlıq işləri davam edir. B.Xəlilovun sözlərinə görə, komissiyanın saytı vətəndaşlar arasında kifayət qədər populyardır. 2008-ci ildən indiyə kimi komissiyanın rəsmi “www.dqmk.gov.az” saytında verilən yazılara 6 milyon 400 mindən çox baxış olub, istifadəçilərin sayı isə 14500-dən çoxdur. Bütün bunlar komissiya ilə vətəndaşlar arasında yaranmış qarşılıqlı etibar və güvənin göstəricisidir.

Onu da qeyd edim ki, komissiya dövlət qulluqçularının İKT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə həm ölkə daxilində, həm də xaricdə treninq, seminar və konfranslar təşkil edir, - deyə DQMK sədri vurğulayıb.

CAHANGİR



Baxış sayı: 2771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024