12px13px15px17px
Tarix:25/06/13

Filippinin paytaxtı Manilada 8-ci Asiya Təmiz Enerji Forumu keçirilir

Bu ilin 25 – 28 iyun tarixlərində Filippin Respublikasının paytaxtı Manilada Asiya İnkişaf Bankı (ADB) və Beynəlxalq İnkişaf üzrə Amerika Birləşmiş Ştatları Agentliyinin (USAİD) təşkilatçılığı ilə olan "8-ci Asiya Təmiz Enerji Forumu" keçiriləcək.

Forumda ölkəmizdən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov çıxış edəcək və müzakirələrə qatılacaqdır.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, onun çıxış mövzusu "Davamlı enerji və inkişaf" (Sustainable energy and development) olacaq. Bundan əlavə, M.Hümbətov "Enerji səmərəliliyinin artırılması" (Accelerating energy efficiency), "Yaşıl iqtisadiyyat" (Green economy), "Bərpaolunan enerjinin dəstəklənməsi" (Promoting renewable energy), "Təmiz enerji maliyyələşdirilməsinin artırılması" (Catalyzing clean energy finance), "Enerjidən istifadə dairəsinin genişləndirilməsi" (Maximizing energy access), "Yaranmaqda olan təmiz enerji texnologiyaları" (Emerging clean energy technologies), "Bərpaolunan enerji sahəsinə investorların cəlb edilməsi" (Attracting investors to renewable energy) və qeyd edilən sahələrdə siyasi, iqtisadi və idarəetmə məsələləri kimi mövzularda müzakirələrə qoşulacaqdır.

Qeyd edək ki, tədbirdə Asiya İnkişaf Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Bindu Lohani və digər yüksəkvəzifəli məmurları, Tailandın keçmiş enerji naziri, «Philips» şirkətinin baş icraçı direktoru Harjit Gill, ABŞ-ın Asiya İnkişaf Bankında səfiri Robert Orr, "KPMG" şirkətinin davamlı inkişaf üzrə partnyoru, Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin müşaviri Orestes Anastasia, BMT-nin İqtisadiyyat və Sosial Komissiyasının Asiya üzrə nümayəndəsi, Dünya Bankının davamlı inkişaf üzrə mütəxəssisi Chris Pablo, BMT-nin İnkişaf Proqramının regional müşaviri Thiyaqarajan Velumail, BMT-nin Ətraf Mühit Proqramının regional nümayəndəsi Angelina Afanador, Beynəlxalq Maliyyə Korporasiyasının davamlı inkişaf üzrə müşaviri Hans Shrader, ABŞ maliyyə nazirinin yerli müşaviri Milosz Mogilnicki, Hindistanın, Çinin, Koreyanın, Filippinin, İndoneziyanın, Malayziyanın, Yaponiyanın təmiz enerji sahəsində yüksək dövlət məmurları, Fransanın, Hollandiyanın, Norveçin inkişaf agentliklərinin məmurları çıxış edəcəkdir.

SEYMUR



Baxış sayı: 2163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024