12px13px15px17px
Tarix:25/06/13

Simsiz internet operatoru Silahlı Qüvvələr Günü münasibətilə kampaniyaya başlayır


"Sazz İnternet" 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir. "ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, kampaniyada iştirak edən bütün hərbi qulluqçulara "Sazz USB" modemi hədiyyə olunacaq. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq biraylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.

Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən "Sazz" satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası iyun ayının 26-dan 30-na qədər bütün "Sazz" satış nöqtələrində keçiriləcək.

Xatırladaq ki, "Sazz İnternet" yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

CAHANGİR



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024