12px13px15px17px
Tarix:27/06/13

Baxışla idarə olunan ilk ultrabuk yaradılıb

İsveçin "Tobii" şirkəti artıq bir neçə ildir noutbuklara gözlərin hərəkətini izləyən texnologiyanın inteqrasiyası ilə məşğuldur. Adıçəkilən şirkət  belə qurğunu 2011-ci ildə "CeBIT" sərgisində təqdim edib.

"Lenovo" şirkəti tərəfindən istehsal edilmiş leptop nümunəsi baxış vasitəsilə kursoru idarə etməyə, fotoların ölçülərini böyütməyə, açıq pəncərələr arasında keçid etməyə və ya ekranın parlaqlığını sazlamağa imkan verirdi.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən aparat daxili kameraların mövcudluğuna görə iki dəfə qalın və komponentləri kifayət qədər bahalı idi. "Tobii" şirkəti hazırda bildirib ki, o, aparat içliyini ultrabuk formasına yerləşdirməyə və onu "Synaptics ForcePad" taçpadı ilə təchiz etməyə müvəffəq olub.

Gözlə idarəetmə texnologiyası, həmçinin təkmilləşdirilib.

Emil Hüseynov
 



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024