12px13px15px17px
Tarix:27/06/13

Magistraturaya ixtisaslaşma seçimi internet vasitəsilə iyunun 27-dən 30-dək aparılacaq

Ali təhsil müəssisələrinin magistraturalarına 2013 – 2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsilə 2013-cü il iyunun 27-dən 30-dək aparılacaq.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, 6, 7, 9, 20, 21, 26 və 29 saylı proqramlar üzrə müsabiqə vəziyyəti və qəbul planı nəzərə alınaraq müsabiqə şərtlərində dəyişiklik edilib.

Bu proqramlar üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün bakalavrların imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib, ümumi bala qoyulan tələblər dəyişməyib.

Eyni zamanda magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024