12px13px15px17px
Tarix:27/06/13

Rabitəçilər hərbçilərin bayramını təbrik edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  (RİTN) Aparatının nümayəndələri, müəssisə və birlik rəhbərləri Müdafiə Nazirliyinin “N” saylı Rabitə Alayının zabit və əsgər heyəti ilə görüşüblər. “ICTnews” xəbər xidmətinin məlumatına görə, görüş 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil olunub.

RİTN-in Aparat rəhbərinin müavini İlham Mərdanov alayın şəxsi heyəti qarşısında çıxış edərək nazir Əli Abbasovun təbriklərini çatdırıb. Azərbaycan hərbçilərinin qorxmaz, cəsur, intizamlılığı ilə hər zaman seçildiyini deyən İ.Mərdanov hərbçi peşəsinin çətin, lakin olduqca şərəfli olduğunu söyləyib.

Ordumuzun günü-gündən inkişaf etdiyini, gücləndiyini vurğulayan natiq ölkə ictimaiyyətində Azərbaycan ordusuna, onun şəxsi heyətinə böyük inamın olduğunu qeyd edib.

Rabitəçilərin hərbçilərlə hər il görüşdüyünü, ölkənin müxtəlif bölgələrində yerləşən hərbi hissələrə baş çəkildiyini qeyd edən İ.Mərdanov bu dəfə də ənənəyə sadiq qaldıqlarını söyləyib.

Çıxışlardan sonra 20-yə yaxın əsgər və zabit heyətinə pul mükafatları təqdim olunub.

SEYMUR



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024