12px13px15px17px
Tarix:27/06/13

“YouTube” daha sürətli olacaq

"YouTube" videohostinqində çarxın göstərilməsindən əvvəl hiss olunan ləngimə istifadəçiləri qıcıqlandırır. "Google" şirkətinə məxsus  videohostinqin aparıcı tərtibatçılarından biri Con Hardinq ləngimə müddətinin 200 milli saniyəyədək azalacağına dair söz verib.

Xatırladaq ki, çarxların nümayişinin sürətləndirilməsi təşəbbüsünə 2012-ci aprelində "Sliced Bread" layihəsi ilə başlanılıb. Videonu kompüter üçün eyni anda bütün təsvir ölçülərində yayımlamaq əvəzinə "YouTube" onları hissələr (360p, 480p, 720p və ya 1080p) üzrə yükləməyə üstünlük verib, yəni istifadəçi baxmaq istədiyi keyfiyyəti özü seçir. Sözügedən addım buferləşməni 40% azaltmağa kömək edib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "YouTube" hazırda videonun yüklənməsini daha da sürətləndirmək istəyir. Birincisi, sözügedən xidmət "CSS", "JavaScript" və pleyeri əvvəlki kimi növbə ilə deyil, eyni anda yükləməyə başlayacaq. İkincisi, ən azı bir çarxa baxılıbsa, pleyer ikinci dəfə yüklənməyəcək.

Emil Hüseynov



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024