12px13px15px17px
Tarix:27/06/13

“ICANN” internet korporasiyası “Whois” məlumatlarını dəyişməyi təklif edir


"ICANN" internet korporasiyası yanında "Whois" sisteminin modernləşdirilməsi üzrə ictimai təklifləri tədqiq edən işçi qrup yaradılıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verilən məlumata əsasən, bu sistem hər hansı domenin sahibi haqda müəyyən məlumatlar əldə etmək üçün nəzərdə tutulub.
"gTLD Directory Services" üzrə ekspertlərdən ibarət işçi qrup nəşr etdiyi hesabatda  "Whois" sistemini tamamilə dəyişməyi tövsiyə edib.

İşçi qrup "Whois" iş prinsiplərini, son dəfə 10 il bundan öncə dəyişilən, "təmiz səhifə"dən yenidən yazmağı təklif edir. "Whois"in  hazırkı versiyası domen administratoru, texniki detallar, domen serverləri haqda və qeydiyyatın başa çatması haqda qeydiyyatçı bazasından məlumatlar almağa imkan verir.
Qrup "ARDS" modelində, sifarişlərin əsasını dəyişərək və  43-cü port üzrə "Whois" sifarişləri bağlayaraq və onları yuxarısəviyyəli qeydiyyatçının mərkəzi repozitarisinə keçirdərək məlumat yığımı prinsiplərini dəyişməyi təklif edir. Beləliklə, "Whois" sifarişləri veb-məkana keçirməyi təklif edilir və onları qeydiyyatçıya ünvanlandırmağı təklif edir.

Hazırkı "Whois"-sistem müştərilərə, qeydiyyatçıda işləyən "Whois"-serverlərdən məlumat bazalarının yazılarını  sorğulamağa imkan verir. Təklif edilən "ARDS" model və ya "aggregated registration data service" mərkəzləşdirilmiş repozitori, halbuki lokal qeydiyyatçılarda "Whois"-məlumatlar olmayacaq. Avtortativlik prinsipi həmçinin pozulacaq, yəni aşağısəviyyəli qeydiyyatçılar yuxarısəviyyəli qeydiyyatçılar üçün məlumatların surətini çıxararaq təqdim edə bilməyəcəklər.
Beləliklə, "Whois"-məlumatlar bir nüsxədə mövcud olacaqlar və onların operatoru məlumatların mütəmadi olaraq dəyişdirilməsinə cavabdeh olacaqlar.
İşçi qrupun ərizəsində bildirilir ki,  mərkəzi repozitorin olması domen məlumatlarını mərkəzləşdirməyə və mövcud infrastrukturun mürəkkəbliyini azaltmağa imkan verəcək. "ARDS" həmçinin mürəkkəb axtarışı idarəetməni daha da yaxşılaşdırmağa və domen sahibləri haqda məlumatlarda olan qeyri-dəqiqliyi aradan qaldırmağa imkan verir. "ARDS"-i idarə edəcək subyektə gəldikdə isə, "ICANN" bu işi özü həyata keçirmək niyyətində deyil və bunun üçün podratçı təşkilat seçmək niyyətindədir.

Aynur Vəliyeva





Baxış sayı: 765

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024