12px13px15px17px
Tarix:08/08/11

Azərbaycanda daxil olan internet trafikin sürəti 17 Gbit/saniyəyə çatıb

Azərbaycanın ilk provayderi "Delta Telecom"un şəbəkəsində daxil olan internet-trafikin sürəti 17 Gbit/saniyəyə çatıb. Şirkətin statistik hesabatında bildirilib ki, son iki ay ərzində daxil olan trafikin (provayderlərin internet şəbəkəsində istifadə etdikləri xidmət) həcmi 2 Gbit/san-yə yüksəlib.
Şəbəkənin yüklənməsinin dinamikası vaxtdan asılı olaraq dəyişir və gündüz şəbəkə daha çox yüklənir. Gecə vaxtı bu göstərici 3 Gbit/saniyəyə qədər enir. "Delta Telecom"un statistikasına əsasən, çıxan trafikin həcmi 3 Gbit/saniyəni ötür. Bu göstərici gecə 1 Gbit/saniyəyə qədər enir.
Bu gün “AzNET” seqmentinin ümumi tutumu 45 Gbit/saniyəyə çatır. Qeyd edək ki, "Delta Telecom" trafikini 26 telekommunikasiya operatoru öz aralarında bölür (dövlət və şəxsi internet-provayderlər, mobil rabitə operatorları və başqaları).
Avqustun 6-na olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan trafikin ən böyük həcmi dövlət internet-provayderi “BakinterNet”-in (19,67 faiz) payına düşüb, 13,39 faiz payla ikinci yeri “Uninet” (ticarət markası Mark Stream), üçüncü – “Stellford” (ticarət markası Connect) - 10,95 faiz şirkəti tutur. Avqustun 6-na olan vəziyyətə görə, provayderlər və rabitə operatorları arasında paylanan trafikin həcmi aşağıdakı kimidir:

Şirkətlər

Trafikin həcmi %

1

BakinterNet

19,67

2

Uninet

13,39

3

Azeronline

10,95

4

Stellford

10,79

5

DATAPlus

8,49

6

Superonline

6,60

7

Ultel

6,10

8

Aztelekom

4,44

9

ADaNet

3,73

10

AzStarNet

3,53

11

AzEuroTel

2,52

12

SMART

2,52

13

Avirtel

1,62

14

TransEuroCom

1,43

15

Nakhchivan

1,02

16

AzNET

0,39

17

Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin Məlumat Hesablama Mərkəzi

0,97

18

Caspel

0,38

19

Bakcell

0,35

20

Castel

0,29

21

AzIntex

0,28

22

IntraNS

0,26

23

Azerin

0,14

24

QlobalNet

0,13

25

DataCell

0

26

Azerfon

0






Baxış sayı: 92405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024