12px13px15px17px
Tarix:28/06/13

Yanğın “Bakcell”in işinə mənfi təsir etməyib

"Bakcell"in ofis binasında baş vermiş yanğın nəticəsində şəbəkəyə və telekommunikasiya avadanlıqlarına heç bir ziyan dəyməyib. Şəbəkə davamlı şəkildə işləyir.

Bunu jurnalistlərə "Bakcell" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Süheylə Cəfərova deyib. Onun sözlərinə görə, dünən axşam saatlarında "Bakcell"in ofis binalarından birində  baş vermiş yanğın  kifayət qədər ciddi yanğın olub. "Məlumat bazasının yerləşdiyi 255 kv.m sahə  avadanlıqla birgə yanıb.

Xoşbəxtlikdən heç bir xəsarət alan olmayıb. Eyni zamanda şəbəkəyə və telekommunikasiya avadanlıqlarına heç bir ziyan dəyməyib. Şəbəkə davamlı şəkildə işləməyə başlayıb. Yalnız 1-1,5 saat ərzində Müştəri xidmətlərinin  (Call Center) işində problem yaranıb. Daha sonra başqa bir ofisdə xidmətin  işi təmin olunub".

RƏVAN
 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024