12px13px15px17px
Tarix:29/06/13

ONUN informasiya nəzəriyyəsi sahəsində işləri telekommunikasiyanın inkişafına böyük təsir göstərib

Məşhur Amerika riyaziyyatçısı Riçard Hemminqin informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Onun əsas töhfəsi Hemminq kodu hesab edilir.
 
Qısa avtobioqrafiyası
 
Riçard Vesli Hemminq 1915-ci il, 11 fevral tarixində Çikaqoda doğulub. O, 1937-ci ildə  Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska ştat universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə İllinoys ştat universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub.

1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda  kompüterlərin qurulması ilə məşğul olmağa başlayır.  O, K.Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
1976-cı ildə Riçard Kaliforniyanın Monterrey şəhərinə köçür və Ali Hərbi Dəniz Məktəbində hesablama texnikası sahəsində elmi araşdırmalara başçılıq edir. Bu məktəbdə o, ehtimallar nəzəriyyəsi və kombinatorika üzrə dərs deyir və kitablar yazırdı.
Hemminqin pioner işi bir  çox mükafatlara layiq görülüb. 1968-ci ildə o, Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun (IEEE) fəxri üzvü olub və Kompüter Texnologiyaları Assosiasiyasının "Türinq" mükafatı ilə təltif edilib.

Hemminqə 1979-cu ildə informasiya elmləri və sistemlərin inkişafına xüsusi töhfəyə görə "Emmanuil Piore" mükafatı təqdim edilib. 1980-ci ildə Hemminqi Mühəndislik Elmləri Milli Akademiyasının üzvü seçiblər, 1981-ci ildə o, Pensilvaniya Universitetinin "Harold Pender" mükafatına,  1988-ci ildə "IEEE" fəxri medalına layiq görülüb.
1996-cı ildə səhvlərə düzəliş edən kodlar üzrə işinə görə Münhendə Hemminq 130 min dollar dəyərində "Eduard Reym" nüfuzlu mükafatını alıb.

Riçard Hemminq  1998-ci il, 7 yanvar tarixində vəfat edib.
Qeyd edək ki, Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu onun şərəfinə informasiya nəzəriyyəsinə əhəmiyyətli töhfələr verən alimlərə təqdim edilən medal təsis edib.
 
Hemminq kodu
 
Hemminq "Bell laboratoriyası"nda "Bell Model V" adlı bir kompüterdə çalışırdı. Bu rele bloklarından istifadə edilən elektromexanika maşınının sürəti aşağı idi: bir neçə saniyə ərzində bir dövriyyə. Məlumatlar perfokartların köməyi ilə maşına daxil edilirdi, buna görə oxuma prosesində səhvlər tez-tez olurdu. Gün ərzində xüsusi kodlar səhvləri tapır, operatorlar problemi aradan qaldırırdı. İşdən sonrakı vaxtda və həftə sonlarında, operatorlar olmadığından maşın digər əməliyyatlara keçirdi. Hemminq həftə sonları çalışırdı və kart oxucusunun etibarsız olduğundan proqramlarına ilk sətirdən başlamaq məcburiyyətində qalması onu əsəbiləşdirirdi. Bir neçə il boyunca səhvlərin düzəlişi üzrə effektiv alqoritmlərinin qurulması üzərində xeyli zaman sərf etdi.

Nəticədə, o, hazırda Hemminq kodu kimi məşhurlaşan bir sistemi hazırladı.
Bundan əvvəl Şennon təyin etmişdi ki, rabitə kanalı üzrə  informasiya o hadisədə səhvsiz ötürülə bilər, əgər ötürülmənin sürəti onun keçirtmə qabiliyyətlərini ötmürsə. Ancaq Şennonun sübutu qeyri-konstruktiv xarakter daşıyırdı. Onun sonrakı tədqiqatları  və digər amerikalı alim S. O. Raysın araşdırmaları göstərdi ki, praktik olaraq hər hansı təsadüfən seçilmiş kod xəbərlərin qəbulunun maneələrə davamlılığının nəzəri hüduduna nail olmağa imkan verir. Ancaq bu cür kod, şifri açma üçün çətinlik yaradırdı.

İlk olaraq  Hemminq sadə şifri açma ilə kodların qurulmasının konstruktiv metodunu təklif etdi. Onun əməyi sonradan  bu sahədəki  işlərin əksəriyyətinin istiqamətini  müəyyən etdi.
Hemminqin kodları özü idarə edən, yəni verilənlərin ötürülməsi vaxtı səhvləri avtomatik aşkar etməyə imkan verən kodlardır. Onların qurması üçün hər sözə  bir əlavə  ikili dərəcə   aid etmək və bu dərəcənin rəqəmini belə seçmək kifayətdir ki, istənilən sayın təsvirində vahidlərin ümumi sayı olsun, məsələn, cüt. Verilən  sözün hər hansı dərəcəsində tək səhv vahidlərin ümumi sayının cütlüyünü dəyişdirəcək.

Hemminqin işi kodlaşdırmanın nəzəriyyəsinin inkişafını sürətləndirmiş katalizator olub elmi cəmiyyətin diqqətini özünə yönəltdi. Bütün dərsliklərdə kodların bu sinfi Hemminq kodu adlandırılır və kodlaşdırmanın nəzəriyyəsinin ifadəsi onların konstruksiyasının təsvirindən başlayır. Hemminq tərəfindən təklif edilmiş səhvlərə düzəliş edən kodların qurulmasının müntəzəm metodları fundamental əhəmiyyətə malik idi. Bu kodlar kompüter sistemlərinin yaradılması zamanı praktiki tətbiqini tapdı.

Beləliklə, Hemminqin işi kodlaşdırma nəzəriyyəsinin gələcək inkişafında mühüm rol oynadı və sonrakı illərdə yerinə yetirilmiş geniş tədqiqatları stimullaşdırdı.
 
 
Digər işləri haqda
 
Riçard Hemminq  geniş erudisiyaya malik insan olub. Onun əsas elmi maraqları sferasına riyazi və texniki problemlərin geniş dairəsi daxil olub. O, təkcə kodlaşdırmanın nəzəriyyəsində deyil, həmçinin elmin digər sahələrində bir sıra birinci dərəcəli nəticələrə nail olub.

Hemminq 1956-cı ildə "IBM 650" kompüteri üzərində işləyərək, bu gün də tətbiq olunan yüksəksəviyyəli proqramlaşdırma dilini təqdim edib. Onun müxtəlif növ  tətbiqi riyazi məsələlərin həllinin say metodları sahəsindəki tədqiqatları olduqca maraqlıdır. O, diferensial tənliklərin və spektral analizin say inteqrasiyasının yeni metodlarını yaradıb və spektral analiz vaxtı  məlumatların hamarlanması üçün ölçülərin səhvlərindən qurtularaq onların ilkin effektiv filtrasiyasını həyata keçirməyə imkan verən Hemminq pəncərəsindən istifadə etməyi təklif edib.

Hemminq təkcə alim kimi deyil, həm də görkəmli pedaqoq kimi məşhurlaşıb.  O, eyni zamanda 1962-dən 1997-ci ilə qədər analizin tətbiqi say metodları, rəqəmli filtrlər, kodlaşdırma nəzəriyyəsi və informasiya nəzəriyyəsi, ehtimallar nəzəriyyəsi və riyazi statistika üzrə səkkiz kitab yazıb.

Bir çox gözəl kitablar müəllifi Hemminq çalışırdı ki, mütəxəssislər   dərin biliklər almaqla yanaşı, elmin ruhunu hiss etsinlər. Onun şüarı belə idi: "Hesablamaların hədəfi saylar deyil, anlamaqdır".
Qeyd edək ki, Hemminq 1997-ci ildə dərc edilmiş "Elmi araşdırma və ixtira sənəti: öyrənməyi öyrənmə" ("The Art of Doing Science and Engineering: Learning to Learn") kitabında təbiətə və elmi yaradıcılıq prinsiplərinə fəlsəfi baxışlarını geniş formada ifadə edib.
 
Cahangir Atakişiyev



Baxış sayı: 1856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.