12px13px15px17px
Tarix:08/08/11

Şəbəkədə Amerika polis orqanlarının əməkdaşları haqqında rekord həcmdə oğurluq məlumat dərc ediblər

“AntiSec” qrupunun hakerləri “Anonymous” və “LulzSec” qrup iştirakçılarının bu yaxınlardakı kütləvi axtarış və həbslərinə qarşı etiraz əlaməti olaraq şəbəkədə Amerika polis orqanlarının əməkdaşları haqqında rekord həcmdə məlumat dərc ediblər.56 polis xidməti saytının “qırılması” nəticəsində əldə edilmiş məxfi informasiya “Pastebin” saytında, həmçinin torrentlərdə "Shooting Sheriffs Saturday" başlığı (Şəriflərə şənbə günü atış) altında yerləşdirilib. Dərc edilmiş verilənlər bazası polis əməkdaşlarının 300-dən çox elektron poçt ünvanından, şifrə və istifadəçilərin adlarından, polislərlə yanaşı, şübhəli bilinənlərin sığorta şəhadətnamələri və kredit kartlarının nömrələri daxil olmaqla şəxsi məlumatlarından, ev ünvanları, həmçinin polis bölmələri məşqlərinin videofayllarından ibarətdir. “WikiLeaks” saytının nəşrlərindən sonra bu, Amerika dövlət qulluqçuları haqqında dərc olunmuş ən böyük şəxsi informasiya itkisidir.


www.3dnews.ru



Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024