12px13px15px17px
Tarix:01/07/13

Tələbələrə internet jurnalistikası ilə bağlı seminarlar keçirilir


 Azərbaycanda internet istifadəçilərinin sayının artması, əhali tərəfindən informasiyaların, məlumatların məhz beynəlxalq şəbəkədən alınmasına üstünlük verilməsi xəbər portallarının da artmasına, genişlənməsinə rəvac verib.

Ölkə üçün yeni olan internet jurnalistikası inkişaf etməyə başlayıb. Sözsüz ki, hər yaranan yeni sahə özünün üstünlükləri ilə yanaşı, çatışmayan məqamlarını da ortaya qoyub. Ona görə də sözügedən məsələlərin həlli istiqamətində bir sıra addımlar atılır.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda ölkədə "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" layihəsi həyata keçirilir və bu proqram çərçivəsində mühüm işlər görülüb. Birləşmiş Millətlər Təşkilatının və Gənclər və İdman Nazirliyinin birgə dəstəyilə həyata keçirilən layihənin tərkib hissəsi olaraq "İnternet jurnalistika" mövzusunda təlim düzənlənib.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş tələbələrin internet jurnalistika sahəsində bacarıqlarının artırılması və bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılmasıdır. Seminar iştirakçılarına "İnternet jurnalistika nədir?", "Onlayn servislər və jurnalist işi", "Azərbaycanda internet jurnalistikanın yaranması və inkişafı" və digər mövzularda leksiyalar oxunub, "İnternet jurnalistika sahəsində olan problemlər", "İnternet jurnalistikanın gələcək inkişaf istiqamətləri yeni texnologiyaların tətbiqi kontekstində. Canlı yayımın təşkili" mövzuları ətrafında müzakirələr aparılıb.

SEYMUR



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024