12px13px15px17px
Tarix:01/07/13

Əməliyyat sistemləri bazarında vəziyyət dəyişib

“Windows 8” əməliyyat sisteminin (ƏS) bazar payı tədricən artmağa davam edir və bu yaxınlarda 5%-lik həddin öhdəsindən gəlib. Beləliklə, sözügedən sistem ilk dəfə olaraq “Vista”-nı qabaqlaya bilib. “Net Applications” analitik şirkətinin ekspertləri bildiriblər ki, sözügedən platforma, həmçinin “Windows XP” mövqelərini əldən verirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Net Applications” analitik şirkətinin araşdırmasına əsasən, 2013-cü ilin iyununda “Windows 8” ƏS-nin bazar payı 0,83% artaraq 5,1% olub, halbuki “Windows 7” ƏS-i 0,48% bazar payı itirib və onun payı hazırda 44.37% təşkil edir. “Windows XP”-nin payı 0,57% azalaraq 37,17% olub.

“Windows” ƏS-i ailəsi qlobal kompüter platformaları bazarının 91.51%-nə nəzarət edir. Bir ay ərzində sözügedən ƏS-nin bazar payı 0,16% azalıb, halbuki “Mac OS X” və “Linux” ƏS-nin payı müvafiq olaraq 0,13% və 0.02% artıb. Qeyd edək ki, “Windows” ƏS-nin payı artıq bir neçə ay ardıcıl olaraq azalır.

Emil Hüseynov
 



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024