12px13px15px17px
Tarix:02/07/13

Ziyanverici kodlar antiviruslara qarşı birləşib


 
 "Microsoft Malware Protection Center" silindikdən sonra  bir-birinə kömək edən iki ziyanverici proqram aşkar edib.

"ICTnews" xəbər xidmətinin "www. cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, proqramlar bir-birlərinin müxtəlif versiyalarını yükləyirlər, bu da onlara nəticədə antiviruslar tərəfindən aşkar olunmamağa kömək edir.

Ziyanverici proqramlardan birinin adı "Vobfus"dur və ilk dəfə o, 2009-cu ilin sentyabrında aşkar edilib və o "daunloader"in, işləmək üçün kodun digər hissələrini yükləməyə imkan verən bir versiyasıdır. "Vobfus" kompüterə düşdükdən sonra onun kodu idarəedici serverdən, digər "daunloader" kimi işləyən "Beebone" proqramını və digər kodları yükləyir.

Digər ziyanverici proqramlar da bəzi hallarda öz kodlarını yeniləyə bilirlər, lakin müxtəlif ziyanvericilərin bir-biri ilə ünsiyyətdə olması ilə  mütəxəssislər ilk dəfə rastlaşırlar.

Aynur Vəliyeva
 



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024