12px13px15px17px
Tarix:02/07/13

ABŞ-da 1600-dən çox qeyri-leqal onlayn-aptek bağlanıb


ABŞ-ın Dərman və məhsullara nəzarət idarəsi ötən həftə Federal Təhqiqatlar Bürosu (FBI) ilə birgə internet reydlər keçirib və nəticədə 1600-dən çox saxta dərman, sertifikatlaşdırılmamış əlavələr və anabolik steroidlər alveri ilə məşğul olan onlayn-aptek bağlanılıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bütün apteklər yüzədək ölkədə fəaliyyət göstərən bir neçə iri şəbəkədə birləşiblər.

Əməliyyatdan öncə onlayn-apteklərin operatorları uzun müddət ərzində izləniliblər və 8 mindən çox müvafiq reseptsiz dərmanların satılması faktını aşkar ediblər. Əməliyyat nəticəsində məlum olub ki, onlayn-apteklərin əksəriyyəti dəfələrlə bu cür əməliyyatların nişanı olan "Canadian Pharmacy" şəbəkəsində işləyiblər.

"Pangea VI" əməliyyatı Şimali Amerikanın onlarla hüquq-mühafizə və tibb qurumlarının  birgə səyi ilə keçirilib. Onun nəticəsində polis və FBİ 41 milyon dollar dəyərində saxta və satılmamış preparat həbs ediblər. Bağlanılmış onlayn-apteklərin bir neçəsi "Walgreens" və ya  "CVS" kimi leqal Qərb aptek şəbəkələrinin kloun-saytları olublar.

Aynur Vəliyeva
 

 



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024