12px13px15px17px
Tarix:02/07/13

Avropada satılmış smartfonların təxminən 50%-i “Samsung”un istehsalıdır

“Kantar Worldpanel ComTech” agentliyinin hesablamasına əsasən, Avropada satılmış smartfonların təxminən 50%-i “Samsung”un payına düşür. Bununla da, həmçinin “Android” mobil platformasının payı artır. Hazırda adıçəkilən platformanın payı təxminən 70,4% təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Kantar” agentliyinin məlumatına görə, “iOS” platforması ilə işləyən qurğuların bazar payı 17,8%, “Microsoft”un mobil əməliyyat sistemi ilə işləyən aparatların payı 6,8% təşkil edir. “Android” platforması, həmçinin Amerika bazarında liderdir: bu ƏS 52% qurğuda quraşdırılıb.

Emil Hüseynov



Baxış sayı: 1140

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024