12px13px15px17px
Tarix:02/07/13

“Aztelekom” İB-dən distant təhsil


“Aztelekom”İB  «Distant təhsil» layihəsini uğurla tətbiq edir. Bu barədə birlikdən verilən məlumatda bildirilir. Belə ki, hazırlanmış xüsusi sistemin köməkliyi ilə “online” rejimində rayonlardan “Aztelekom” İB-in Bakıda yerləşən Tədris Mərkəzində təşkil olunan mühazirələri dinləmək mümkündür.

Bu sistemin əsas üstün cəhəti bölgələrdə müəyyən xüsusi auditoriyaların (VİRTUAL tədris auditoriyası) yaradılmasından ibarətdir. Məhz bu auditoriyaların köməkliyi ilə təkcə «Aztelekom» İB-in bölgələrdəki mütəxəssisləri deyil, həmçinin hər kəs mühazirələri dinləmək imkanı qazanacaq. Sistemin vasitəsilə “online” rejimində test imtahanlarını keçirmək mümkündür.   

Qeyd edək ki, sistemdən bütün nazirliklər, idarə, müəssisə və birliklər bəhrələnə bilər. Onlar birliyin imkanlarından bəhrələnərək tabe müəssisələrin əməkdaşları məsafədən olaraq bilik və bacarıqlarının artırılmasını təmin edə bilər.

RƏVAN



Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024