12px13px15px17px
Tarix:03/07/13

“Elektron hökumət”lə bağlı ən yaxşı yazı müsabiqəsi: Hər kəs iştirak edə bilər!

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İKT ili"  çərçivəsində  "Respublikada "Elektron hökumət":  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə müsabiqəsi elan edir.
Müsabiqədə jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər  və maraqlı olan digər şəxslər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxs "www.e-gov.az" portalında qeydiyyatdan keçməli və məqalələri göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat tarixi 28 avqust 2013-cü il tarixinədəkdir.

Müsabiqə 2 mərhələdə keçiriləcək. Birinci mərhələ 2013-cü il 15 iyul-31 avqust, ikinci mərhələ 01-20 sentyabr tarixlərini əhatə edəcək. Birinci mərhələdə iştirakçılar  məqaləsini hər hansı bir qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, dərc olunmuş qəzet, jurnal səhifəsinin skan edilmiş surəti və ya məqalənin internet ünvanını Təşkilat Komitəsinə göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır.

Birinci mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş  10 nəfər ikinci mərhələyə keçəcəkdir. Bu mərhələdə onlar Təşkilat Komitəsi tərəfindən müəyyən ediləcək mövzular üzrə məqalələr hazırlayıb dərc etdirməlidirlər.

İştirakçı tərəfindən müsabiqəyə təqdim edilən məqalə sayına məhdudiyyət qoyulmur və   qeydiyyat dayandırılana qədər iştirakçı məqaləsindən imtina edib yeni məqalə ilə çıxış edə bilər.
Hər bir məqalədə "Elektron hökumət" portalının ünvanının (www.e-gov.az)   göstərilməsi əsas şərtlərdəndir. Dərc olunmuş məqalənin elektron variantı "Elektron hökumət" portalının  "Facebook"  və "Twitter"  səhifəsində  açıq müzakirəyə yerləşdirilməsi üçün təqdim olunmalıdır.  Qeyd olunan şərtlərə uyğun olmayan məqalələr Təşkilat Komitəsi tərəfindən baxılmayacaqdır.

Təşkilat Komitəsi qiymətləndirmə zamanı məqaləyə sosial şəbəkələrdən daxil olmuş rəyləri,  iştirakçının "Elektron hökumət" portalından istifadə fəallığını, portalın analiz olunmasında "Elektron hökumət" bülletenlərinə istinadları və təcrübi digər faktları  nəzərə alacaqdır. Qiymətləndirmənin nəticələri "Elektron hökumət" portalında dərc olunacaq.

2013-cü ilin sentyabr ayında müsabiqənin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı məqalələr "Elektron hökumət" portalında (www.e-gov.az) elan olunacaqdır.
 
Müsabiqənin mükafat fondu:
 
"Qran Pri"  - 3000 manat
 
1-ci   yer  - 2500 manat
2-ci  yer -  1500 manat
3-cü yer  - 1000 manat
4-10-cu yerlər – noutbuklar


İştirakçıların hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq "Azdatakom" internet xidməti (2 Mb/s) hədiyyə ediləcək.

Müsabiqə üçün yazılmış məqalələr bu ünvana göndərilməlidir.
 
musabiqa@rabita.az
 
Müsabiqə haqda daha geniş məlumatları  "Elektron hökumət" portalından , eləcə də RİTN-in Mətbuat xidmətindən əldə etmək olar.

Əlaqə telefonları:  157 (dax.4), 5984271
fax: 565 14 52
 
 



 
 



Baxış sayı: 1704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024