12px13px15px17px
Tarix:03/07/13

“Windows Store” onlayn mağazası rekord vurur

“Windows 8.1” əməliyyat sisteminin təqdimatında elan edilmişdi ki, “Windows Store” onlayn mağazasında tətbiqlərin sayı 100 minə yaxınlaşır. Amerikanın “Microsoft” korporasiyası “Twitter” mikrobloqunda bildirib ki, bu rekorda 2013-cü ilin iyulun əvvəlində nail olunub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows Store” onlayn mağazasının artım tempi olduqca yüksəkdir, çünki 100 min qiymətinin fəth edilməsinə cəmisi 8 ay vaxt lazım olub. Müqayisə üçün qeyd edək ki, “Windows Phone” əməliyyat sistemi üçün 100 min rəsmi proqram və oyunun yaradılmasına təxminən 18 ay vaxt lazım olub. “Apple App Store” bu göstəriciyə 16 ay, “Google Play Store” isə 1.5 il ərzində nail olub.

Emil Hüseynov



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024