12px13px15px17px
Tarix:03/07/13

Bu aydan nəqliyyatda kart sistemi işə düşəcək

 
Bu ay Azərbaycanın nəqliyyat sektorunda vahid ödəniş kartları sisteminə keçiləcək. Artıq sərnişin avtobuslarında 300-dən artıq validator quraşdırılıb. Bunu açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.


 Onun sözlərinə görə, avtobuslarda daha 200 validatorun quraşdırılması planlaşdırılır: «Bu avadanlıq Türkiyədən gətirilir. Bu prosesin işə düşməsi üçün ən azı 500 avtobusda bu qurğu quraşdırılmalıdır».

 N.Həsənov qeyd edib ki, eyni zamanda kartların istehsalı da davam etdirilir: «İlkin olaraq bu, 500 avtobusu əhatə edəcək. Bu isə 29 marşrut deməkdir. Proses mərhələli şəkildə davam edəcək və ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Bu, böyük bir prosesdir».

 Həmçinin, bankların köməkliyi ilə müvafiq onlayn ödəniş sistemi də hazırlanır və bunu Türkiyənin «Asis» şirkəti həyata keçirir.

 Qeyd edək ki, nəqliyyat sistemində ödəniş kartlarının tətbiqi proqramının 2014-cü ildə tam yekunlaşdırılması planlaşdırılır.

 





Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024