12px13px15px17px
Tarix:03/07/13

Azərbaycanın növbəti peyklərinin hazırlanması üzərində işlər gedir

Azərbaycan regionda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə bir sıra peyk layihələri üzərində işləri davam etdirir. Hazırda ölkəmizin növbəti peyklərinin hazırlanması üzərində işlər gedir.

Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, artıq Azərbaycanın yerli kanalları ilk telekommunikasiya peyki “Azerspace-1” vasitəsilə yayımlanır: “Plana uyğun olaraq, 2015-ci ildə məsafədən zondlaşdırılan aşağı orbitli peykin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur”.

Qeyd edək ki, ilk telekommunikasiya peykimiz Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raketdaşıyıcısı isə 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də hökumət əlaqələrinin yaradılması və korporativ müştərilərə xidmət üçün nəzərdə tutulub, peyk səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcək.

Peykin əhatə dairəsinə Orta Asiya və Avropa ölkələri ilə yanaşı, Afrika regionu da daxil olduğu üçün peykin tam adı “Azerspace/Africasat-1a”-dır. “Azerspace-1” peykinin orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024